Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

178

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saat 00:40 radələrində, paytaxtın Binəqədi rayonu, İlqar Cümşüdov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidən 9-cu mikrorayon istiqamətində hərəkət edən “Şevrolet Kruz” markalı avtomobil işıqforun qırmızı işığında keçərək əks yola daxil olub.

Nəticədə “Şevrolet Kruz” markalı nəqliyyat vasitəsi Çevik Polis Alayının əməkdaşı tərəfindən idarə olunan “Mersedes” markalı avtomobil və “Toyota Prius” markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən “Mersedes”in sükanı arxasında olan polis əməkdaşı çətinliklə avtomobildən çıxarılaraq əraziyə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. “Toyota Prius”da olan sürücü və sərnişinlər də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.