124 nömrəli məktəb distant tədrisə keçdi

185

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Sosialmedia.az xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.