Azad olunan ərazilərə keçmək istəyən şəxs həbs olundu

199

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 28-də VAZ-2106 markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərdiyinə görə saxlanılmış Əhmədbəyli kənd sakini M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs edilib.