“Biz” sənədli filmi bu tarixdə nümayiş olunacaq

158

Vətən müharibəsinə həsr olunmuş “Biz” sənədli filminin nümayişi noyabrın 5-i saat 19:00-da Heydər Əliyev Sarayında olacaq.

Sosialmedia.az bildirir ki, Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

Qeyd edək ki, “Biz” filmi müharibə dövründə fenomenə çevrilən foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri – əsgərlər, həkimlər, təqaüdçülər, bloger, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər. “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.

Xatırladaq ki, “Biz” filmi ilə yanaşı, “Şuşa, sən azadsan!” sənədli filmi də nümayiş olunacaq.