Azərbaycanda fəhlə torpaq altında qalaraq öldü

208

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

Sosialmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Vahid Dursunəli oğlu Əliyev dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.