Azərbaycan Ordusunun hərbçisi vəfat etdi

123

Azərbaycan Ordusunun hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Daşqın Natiq oğlu Səfərov hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada vəfat edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.