Bakı metrosunun iki əməkdaşı öldü

333

Bakı Metropoliteni QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi, 1959-cu il təvəllüdlü Babaşxan Baxışov işə gələrkən ürək tutmasından vəfat edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, B.Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.

“Xüsusən yollarda ağac şpalkarın dəmir-beton bloklarla əvəz edilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında B.Baxışvun rolu və xidməti böyükdür”, – deyə B.Məmmədov qeyd edib.

Xatırladaq ki, bu gün “Bakı Metropoliteni” nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov da işə gələrkən vəfat edib.

Allah rəhmət eləsin!