İmişlidə yanğın: xəsarət alan var

215

İmişildə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, İmişli rayonunun Sarıxanlı kəndində həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.