Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərlə icra edilən layihə başa çatıb

151

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyasından sonra cəmiyyətə adaptasiya olunması” layihəsi başa çatıb.

Layihənin məqsədi 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi iştirakçılarının cəmiyyətə adaptasiya olunması ilə bağlı icra edilən tədbirləri ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Bununla əlaqədar olaraq, döyüşlər zamanı yaralanan, reabilitasiya tədbirlərinə cəlb olunan şəxslərin iştirakı ilə filmlər və video çarxlar çəkilib.

Video materiallarda Vətən müharibəsi qaziləri ərazi bütövlüyümüz bərpa olunması istiqamətində keçirilən əks-həmlə əməliyyatında iştiraklarında, döyüşlərdə Azərbaycan ordusu arasıənda olan ruh yüksəkliyindən danışıb. Eyni zamanda, onlar yaralandıqdan sonra ölkə daxili və xaricində cəlb olunduqları reabilitasiya tədbirləri, müayinə və müalicələr haqqında məlumat verib.

Vətən müharibəsi iştirakçıları Camal Alxasov, Kənan Zeynalov reabilitasiya tədbirləri, protezlərlə təmin edilmələrinin sağlamlıqları və sərbəst hərəkətlərinə daha yaxşı təsir etdiyini bildirib.

Reabilitasiya tədbirləri Vətən müharibəsi iştirakçılarının cəmiyyətə daha tez adaptasiya olunmasına imkan verir. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.