Bakıda ana və 3 övladı dəm qazından zəhərləndi

187

Bakıda ana və 3 azyaşlı övladı dəm qazından zəhərlənib.

Sosialmedia.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Aygün Məlik qızı Nuriyeva və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Aysu Yunis qızı Mənsimli, 2012-ci il təvəllüdlü Zəhra Yunis qızı Mənsimli və 2016-cı il təvəllüdlü Ceyhun Yunis oğlu Mənsimli yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.