Məcburi köçkünlərin yaşadığı tikililərdə yanğın olub

260

Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 kvadratmetr olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 kvadratmetr sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.