Zəngilanda “Ağıllı kənd”in inşası başa çatdı

279

Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası başa çatıb.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bunu nazir müavini İlhamə Qədimova Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib.

“Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci “Ağıllı kənd”in inşasına hazırlıq görülür”, – deyə o, qeyd edib.