Ağdamın bərpası üçün işğalçıdan vəsait tələbi…

183

Bütün otuz illik işğal ərzində ermənilər Ağdamda, prinsipcə isə işğal etdikləri ərazilərin hər yerində azərbaycanlıların yaşaması faktını yaddaşlardan silməyə çalışıblar.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara son səfərini şərh edərkən deyib.

“Sadəcə olaraq, ermənilər Qarabağdan qovulacaqlarını gözləmədikləri üçün kifayət qədər vaxt və səy göstərmədilər. Eyni şey İrəvan xanlığı ilə də baş verdi – burada Azərbaycan keçmişinin demək olar ki, bütün mədəni irsi məhv edildi.

Məncə, Ağdam bütün mədəniyyət abidələrinin yenidən bərpa edilməsinə çalışılan şəhər olacaq və şəhər özü də müasir infrastruktura malik yeni Azərbaycan Qarabağının parlaq incilərindən birinə çevriləcək. Şübhə etmirəm ki, bütün Qarabağ dünya ictimaiyyətinə örnək kimi təqdim olunacaq. Bu, ölkə rəhbərliyinin təsbit etdiyi milli ideya üzərində qurularsa, kifayət qədər qısa müddətdə böyük nəticələr olar. Və məndə belə bir ehtimal var ki, bərpa üçün vəsaitin bir hissəsi beynəlxalq məhkəmələrin dəstəyi ilə keçmiş işğalçıdan da tələb olunacaq”, – Y.Mixaylov qeyd edib.