Hacıqabulda ağır qəza: polis öldü

322

Hacıqabul rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Sosialmedia.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Saməddin Yəhyayev idarə etdiyi “Hunday” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Unikal.org-un yazdığına görə, həkimlərin səyinə baxmayaraq, S.Yəhyayevin həyatını xilas etmək olmayıb. Məlumata görə,o, Şirvan polis şöbəsinin əməkdaşı olub.