Bakının mərkəzində güclü partlayış olub

130

Bakının mərkəzində güclü partlayış olub.

Sosialmedia.az Report-a istinadla xəbər verir ki, partlayış Səbayıl rayonu, Tərlan Əliyarbəyov 13A ünvanında fəaliyyət göstərən gecə klubunda (“Korona”) qeydə alınıb.

Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.