Şagirdlərin aşağı bal toplamasının səbəbi – Ekspert

165

93 minə yaxın şagird içərisində cəmi iki nəfərin 300 bal toplamasını ümumi təhsil göstəricisi, yaxud da imtahanların göstəricisi kimi qiymətləndirmək olmaz.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bu il keçirilən buraxılış imtahanlarında cəmi 2 şagirdin 300 bal toplaması bağlı danışarkən deyib.

“Nəticəsi 250-290 üzərindən olan abituriyentlərin sayı çoxdur. DİM-in imtahan suallarını çətinləşdirdiyini deməzdim, amma sualların yoxlanılması zamanı müəyyən texniki xətalara yol verilmə halları var. Bununla bağlı da apellyasiya komissiyaları yaradılıb. Abituriyentlərin müvafiq şikayətlərinə baxılır, sualda texniki və ya elmi səhvlik varsa, o zaman ümumi apellyasiya komissiyasının qərarı həmin abituriyentin xeyrinə qərar verir. Buraxılış imtahanları blok imtahanlarından o baxımdan üstündür ki, burada səhv cavablar doğru cavablara təsir etmir. Buna görə də abituriyentlərin nəticələri blok imtahanına nisbətən daha yüksək olur. Ümumi imtahan nəticələrinin çətinlik səviyyəsinin yüksək, yaxud aşağı olmasını blok imtahanlarından sonra deyə bilərik. Maksimum nəticə əldə edənlərin sayının azalma səbəbi kurikulum sisteminə keçid və kurikulum üzrə 2019-cu ildən etibarən qəbul aparılması oldu.

Müqayisə üçün deyək ki, 2018-ci ildə qəbul imtahanı dövründə 29 nəfər 700 bal toplamışdı. Çünki o vaxta qədər imtahanlar yalnız qapalı tipli suallar ilə aparılırdı. Bu da bir növ əzbərçi xarakter almışdı”, – deyə ekspert bildirib.