Gürcü müğənni Şuşada “Ey Vətən”i oxudu – Video

160

Xəbər verdiyimiz kimi, Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Qarabağa səfər edib.

Sosialmedia.az xəbər verir ki, səfər edənlər arasında Gürcüstanın opera müğənnisi Jakeli Lamze də var.

Şuşaya səfər edən Jakeli Lamze musiqisi Elza İbrahimovaya, sözləri Aslan Aslanova məxsus olan “Ey Vətən” mahnısını oxuyub.