Laçında minaya düşən fəhlə vəfat etdi

312

Dünən Laçında minaya düşən fəhlə vəfat edib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.