Bakıda market və çayxanada yanğın baş verib

305

Bakıda market və çayxanada yanğın baş verib.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 800 kv.m olan birmərtəbəli, mansard tipli obyektin (hər birinin sahəsi 400 kv.m, birinci mərtəbəsi market, mansardı çayxana) mansardında lambirdən ibarət tavan 225 kv.m sahədə və taxta konstruksiyadan ibarət vitrin 5 kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.