Türkiyəli nazirlər Şuşaya gəlir – Mühüm tədbir

187

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir.

Sosialmedia.az xəbər verir ki, o, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahid Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmayıl Böyükataman da qatılacaq.