Göygöldə dəhşətli qəza: Altı nəfər öldü, üçü bir ailənin üzvüdür

375

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

Sosialmedia.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, VAZ markalı avtomobillə yük maşınının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların iki yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.

Bundan başqa, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında həlak olublar.

01:12

Yük avtomobili ilə “VAZ-2107”nin toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib. Ölənlərdən biri azyaşlıdır.

00:03

Yük avtomobili ilə “VAZ-2107”nin toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

23:57 (01.07.2022)

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.