Xaçmazda meşə massivindəki yanğın söndürüldü

156

Xaçmazda meşə massivindəki yanğın söndürülüb.

Sosialmedia.az APA-a istinadən yerli bürosunun məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Musayev deyib.

O qeyd edib ki, Xaçmazın dörd kəndində olan yanğın tam söndürülüb:

“Hadisə nəticəsində Xaçmazda 40 hektara yaxın ərazi yanıb. Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal olunur ki, bu istiqamətdə araşdırma aparılır”, – Nazirlik rəsmisi bildirib.