Bakıda yeniyetmə üçüncü mərtəbədən avtomobilin üstünə düşüb

207

Bakıda yeniyetmə ağır xəsarət alıb.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü N.Mahmudova yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb.

Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.