Eyvazov Xocavənd DYP-nə rəis təyin etdi

256

Polis mayoru Şaiq Ağayev Xocavənd Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

Sosialmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, o, bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.