Türkiyə MN Azərbaycana başsağlığı verdi

109

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.

Sosialmedia.az xəbər verir ki, bununla bağlı nazirlik Tvitterdə paylaşım edib.

Paylaşımda deyilir:

“Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbir diləyirik”.