“Mən Pilotam” layihəsinin təqdimat mərasimi təşkil olundu

200

Sosialmedia.az xəbər verir ki, 03.10.2022-ci il tarixində Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəb də Təhsil və Elm Nazirliyinin maliyyə dəstəyi ilə “Mən Pilotam” layihəsinin təqdimat mərasimi keçirildi.

Layihə rəhbəri Mehdiqulu Aslanov iştirakçıları salamlayaraq layihə barədə geniş məlumat verdi. Sonra ekspert, menecer və təlimçilər tərəfindən layihənin məqsəd və vəzifələri, icra müddəti ərzində görüləcək işlər barəsində iştirakçılara məlumatlar təqdim olundu.

Layihə 4 aylıq (01.10.2022- 01.02.2023 )kompleks təlimləri özündə ehtiva edərək , şagirdlərdə proqramlaşdırma,dron texnologiyalarında idarə bacarıqları ilə yanaşı məntiqi bacarıqların inkişaf etdirilməsini nəzərdə tutub .

İlk iş olaraq layihəyə şagird seçimləri həyata keçiriləcək.Seçim mərhələsindən uğurla keçən şagirdlər BAKU EXPRO mərkəzdə 6-8 oktyabr tarixində keçiriləcək 15-ci Yubiley Beynəlxalq Təhsil Sərgisində iştirak edəcəklər.

Bu ekskursiyada məqsəd təlimlər prosesində qurulacaq motivasiyaların real həyat senariləri üzərində qurula bilməsi, təhsil, bacarıq və vətən sevgisinin birlikdə nələrə qadir olduğunu şagirdlərə əyani nümayiş etdirməkdir.
Şagirdlər ekskursiya ərzində sərbəst tapşırıqlar icra etməli olacaqlar.

Daha sonra valideynlər ilə seminar,”Övladın potensialını necə kəşf etməli” mövzusunda müzakirə və təhlillərin təşkili həyata keçiriləcək.
4 ay davam edəcək layihə əsaslı öyrənmə imkanlarından faydalanmaq şagirdlər sonda öz sərgilərini təşkil edəcəklər.
Yekun bağlanış-sərgi tədbirinin təşkil edilməsi, aidiyyatı qurumlara və şəxslərə dəvətlərin edilməsi nəzərdə tutulur.