Maştağa qəsəbəsində “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi icra olunur

103

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində K.Məmmədov adına 209 №-li, C. Cabbarlı adına 187 №-li, 255 №-li, C. Nurməmmədov adına 108 №-li və Ə. Vahid adına 293 №-li tam orta məktəblərdə “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası davam etdirilir.

“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi həmin təhsil ocaqlarında pedaqoji kollektivlə razılaşdırılaraq, könüllülük prinsipi əsasında, ibtidai sinif şagirdlərinin asudə vaxtlarında, onların fərdi meyl, maraq və həvəslərinə nəzərə alınmaqla keçirilir.

Əhalinin sayına və nəqliyyat vasitələrinin çoxluğuna görə meqapolisə çevrilmiş Bakı şəhərində tez-tez yol qəzaları baş verir. Bu yol qəzalarında uşaq əlilliyi, hətta uşaq ölümü ilə nəticələnən faciələr də olur.

“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin məqsədi yol təhlükəsizliyi qaydalarına riayət olunması istiqamətində ibtiudai sinif şagirdlərinə yeni məlumatlar vermək, onlarda yeni praktik vərdişlər formalaşdırmaqdır, yolu keçərkən, zəruri praktik vərdişləri öyrənməklə ,daha diqqətli olmalarına sövq etməkdir, bununla yanaşı, valıdeynlərlə maarifləndirmə işini genişləndirmək və ictimaiyyətin bu problemə diqqətini artırmaqdır.

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək ! ”layihəsini ibtidai sinif şagirdləri ilə icra edərkən ,uşaq birliyində tərtib olunmuş və onların, fərd olaraq, hər birinin, bilavasitə, aktiv iştirakını nəzərdə tutan rollu, süjetli praktik təlim Proqramından istifadə edir.

İctimai birlik oyun və əyləncə vasitələri, eləcə də xüsusi avadanlıq, əyani vəsaitlər, nəqliyyat vasitələrinin rəmzi olan xüsusi aşırma geyimlərdən istifadə edir. Şagirdlərə faydalı vərdişləri aşılamaq üçün yuxarı sinif şagirdlərindən bir qrupu, könüllü qismində, praktik təlimlərdə iştirak edirlər. Onlar, kiçik yaşlı məktəblilərlə qarşılıqlı ünsiyyət qurur, yol təhlükəsizliyi barədə söhbətlər aparır, işıqfor, yol nişanları, nəqliyyat vasitələrinin sürətli hərəkəti haqqında sual- cavab edirlər.

“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihə iştirakçılarını qarşıda nümunəvi praktik məşğələlər,” 4 Yol ayrıcı “dekorasiyası qurularaq maraqlı, süjetli, rollu oyunlar gözləyir.

Ümid edirik ki, ibtidai sinif şagirdlərindən ibarət 150 nəfərlik kontingent layihə ərzində yol hərəkəti qaydalarının öyrənilməsində və həmin qaydalara ciddi riayət olunmasında uğurlar qazanacaq, küçədə, yolda, fərdi təhlükəsizlikləri naminə daha diqqətli olacaqlar.