“Tədrisdə açıq elm və tədqiqat məlumatları üzrə seminarların təşkili” layihəsinin açılış mərasimi keçirildi

208

Sosialmedia.az xəbər verir ki, 11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tədrisdə açıq elm və tədqiqat məlumatları üzrə seminarların təşkili” layihəsinin Şamaxı şəhərində açılış tədbiri baş tutdu.

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında gənc tədqiqatçılar, magistrantlar, doktorantlar, müəllimlər və professorların iştirakı ilə keçirildi.

Layihənin rəhbəri “Startap layihələrə sosial-iqtisadi dəstək” İctimai Birliyinin sədri Təranə Vəliyeva öz çıxışında layihənin məqsəd və vəzifələri, mövzunun aktuallığı, görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.

Tədbir zamanı iştirakçılara açıq elmin mahiyyəti, beynəlxalq miqyasda istifadə olunan platformaların müsbət tərəfləri, resurslardan səmərəli istifadənin öyrənilməsinin onların gələcək fəaliyyətində öz sahələri üzrə uğur qazanmalarındakı rolundan bəhs edildi.

Layihənin məqsədi elmi tədqiqatları, məlumatları, onların yayılmasını və elmi araşdırmaların nəticələrini cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdən ibarətdir.