Sumqayıtda “Narkottiklərə qarşı mübarizə” mövzusunda görüş təşkil olundu

121

Sosialmedia.az xəbər verir ki, 22.10.2022-ci il tarixində Sumqayıt Gənclər evinin təşkilatçılığı ilə “Narkottiklərə qarşı mübarizə” mövzusunda görüş təşkil olunub.

40 gəncin iştirak etdiyi görüşün qonağı
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Narkomaniya üzrə ekspert Emil Maqalov olub.

Emil Maqalov gənclərə narkomaniyaya qarşı mübarizə aparmağın yolları, narkotikin hansı fəsadlar yaratdığı haqda ətraflı məlumat verib, diskusiya aparıb.

Gənclər onlara maraqlı qalan mövzular haqqında suallar verib və cavablandırılıb.
Görüş gənclərimiz tərəfindən maraqla qarşılanıb.