Füzulidə maşın aşdı, 3 vəzifəli şəxs yaralandı

364

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az Unikal.org-a istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər – “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.