Bakı Bus avtobusu qəza törətdi: ölən var

191

Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi Bakı Bus-a məxsus BMC markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.