Biləsuvarda ev yandı: ölən var

212

Biləsuvarda evdə yanğın olub.

Sosialmedia.az bildirir ki,  Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.