“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İB “Şəhidlər Ölməz Vətən Bölünməz” layihəsinin icrasında başlayıb

187

Sosialmedia.az xəbər verir ki, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrasına 05.01.2023-cü il tarixdən start vermişdir.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir , tәxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri 50 şəhid vermişidr ki , bu şəhidlərimizdən ücü sərhəd rayonu olan Qazax rayonunda boya başa çatmış gənclər idi : – 1.Qazax rayonu Kəmərli kəndi kəndi – Şəhid Kazımov Yunis Qasım oğlu , 2. Qazax rayonu Kəmərli kəndi – Şəhid Məmmədov Azər Mustafa oğlu , 3. Qazax rayonu Daş Salahlı kəndi-Şəhid Kərimov Azad Zakir oğlu.
Layihəmiz göstərilən tarixdə şəhid olunmuş Kazımov Yunis Qasım oğlu , Məmmədov Azər Mustafa oğlu , Məmmədov Azər Mustafa oğlunun xatirəsinə həsr olunmuşdur.

Şəhidlərin xatirəsini yad etmək,mərdliyini gənclərə catdırmaq,şəhidlərimizin ailələrinə mənəvi dəstək olmaq və bu işlərdə kütləviliyə nail olmaq məqsədi ilə Şəhidlərimizin xatirəsinə həsr olunmuş mini futbol və qol güləşi idman növləri üzrə xatirə turnirləri keçirməkdir.
Turnirdə könülü şəkildə iştirak etmək istəyən şəxslər azer_an@yahoo.com e-mail elektron ünvanına müraciət edə bilərlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.