Şəmkirdə partlayış: DİN-dən açıqlama…

142

Şəmkir şəhəri ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində partlayış olub.

Sosialmedia.az Axar.az-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 51 yaşlı Nəsib Heydərov və 32 yaşlı Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

“Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.