Bakı metrosunda sərnişin öldü

224

Bakı metrosunda sərnişin ölüb.

Sosialmedia.az bildirir ki, Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Belə ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 07:45-də qatardan düşürülüb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.

Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.