Beş yaşlı uşaq dərmandan zəhərləndi

123

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

Sosialmedia.az xəbər verir ki, hadisə rayonun Şəkili kəndində qeydə alınıb. Kənd sakini, 2018-ci il təvəllüdlü Nihad Mahmudov yaşadığı evdə nəzarətsiz qalıb və bir flakon dərman içib.

Qəflətən halı pisləşən azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Mahmudovun həyatı xilas olunub.

Faktla bağlı araşdırma aparılır.