Şəmkirdə bədbəxt hadisə baş verib – ÖZƏL

108

Şəmkirdə bədbəxt hadisə baş verib.

Sosialmedia.az xəbər verir ki, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bəxtiyar Hacıyev kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə dünyasını dəyişib.

B.Hacıyevin yaxınlarının sözlərinə görə, mərhum yaşadığı evin 2-ci mərtəbəsindəki pilləkəndən yıxılıb.

B.Hacıyev hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.