AMEA Türkiyədə zəlzələdən zərər çəkmiş ailələrə yardım kampaniyasına başlayıb-Özəl

334

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Türkiyədə zəlzələdən zərər çəkmiş ailələrə yardım kampaniyasına başlayıb.

AMEA əməkdaşları yardım etmək üçün (nağd pul vəsaiti ilə) Rəyasət Heyəti aparatının Maliyyə və mühasibatlıq şöbəsinə müraciət edə bilərlər.

Toplanan vəsait “Ziraat Bank Azərbaycan” vasitəsilə Türkiyənin AFAD qurumuna göndəriləcəkdir.