Sənətçi Karsu nənəmi çox şükür tapdıq, bibimi isə itirdim deyə paylaşım edib-ÖZƏL

321

Sosialmedia.az xəbər verir ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələ 10 şəhəri dağıdıb. Minlərlə insanın həyatını itirdiyi zəlzələ bütün Türkiyəni sarsıdıb. Hataydan Hollandiyaya köçən türk əsilli anası Birgül və atası Alpaslan Dönmezin qızları olaraq dünyaya gələn Karsu Dönmez sosial media hesabı ilə Hataydakı bibisi və əmioğlularından xəbər almadığını açıqlayıb.

Ailə üzvlərinin fotoşəkilləri ilə birlikdə paylaşımına “Türkiyə və Suriyadakı bütün insanlara kömək edin” qeydini yazan Karsu Dönmez, “Hər kəsə mesaj göndərmək istədim. “Bizim itkilərimiz çoxdur.Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edərkən, musiqiçi Karsu Dönmez paylaşdığı videoda Hatayda dağıntılar altında qalan bibisi, nənəsi və əmisi oğulları üçün ağlayıb. Nənəsinin tapıldığını açıqlayan Karsu bibisinin öldüyü bəd xəbərini izləyiciləri ilə bölüşüb.