Paşinyan Bakı ilə təcili sülhə hazırlaşır- Özəl

94

Sosialmedia.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın 14-də Mülki Müqavilə Partiyasının deputatları ilə görüşünün detalları bəlli olub.

bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Məlumata görə, görüş zamanı Azərbaycanla sülh müqaviləsi layihəsi müzakirə edilib. Baş nazir deputatlara Azərbaycanla danışıqları tez bir zamanda başa çatdırıb, Türkiyə ilə münasibətləri nizamlamaq gərəkdiyini bildirib. Bununla belə, qəzet XİN rəhbəri Ararat Mirzoyanın dünənki Ankara səfərindən sonra hakim partiyada Paşinyanın istəyinin gerçəkləşəcəyinə ümidlərin artdığını bildirib.