Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir- Özəl

170

Sosialmedia.az xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları və rəsmilər iştirak edirlər.

Vida mərasimindən sonra H.İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbənin meyiti uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.