Şəhidlərin xatirəsinə həsr olunmuş Qol Güləşi üzrə açıq turnir keçirildi-ÖZƏL

203

Sosialmedia.az xəbər verir ki, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 19.02.2023-cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində Qazax rayonundan olan üc sentyabr Şəhidlərimizin – Baş leytenant Kazımov Yunis Qasım oğlu, Baş gizir Məmmədov Azər Mustafa oğlu və gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunmuş Qol Güləşi üzrə açıq Qazax rayon turniri keçirilmişdir.

Turnirin tərəfdaşları : Azərbaycan Qol Güləşi Federasiyasi , Qazax rayon gənclər və idman idarəsi , Qazax Olimpiya İdman Kompleksi .
Tədbirin ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların və Türkiyədə zərzələ nəticəsində həlak olmuş vətandaşların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.

Layihənin rəhbəri,əməkdar məşqci Azər Əliyev tədbir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır, 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrindən olan Şəhidlərimizin xatirəsini daima uca tutmağı bildirmişdir, gəncləri pis vərdişlərdən uzaq olmağa və bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdır.
Daha sonra ardıcıllıqla çıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli , Qazax rayon gənclər və idman idarəsinin rəis müavinin Namazov Sahib , Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Suleymanov İsmayıl , Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayonu üzrə sədri Balayev Xasay və Şəhid atası Abdullayev Elxan Şəhidlərimiz haqda ətraflı danışaraq , turnir iştirakçılarına uğurlar arzuladılar . Layihədə fəal iştirak edən Cəfərov Ramiz , Məmmədov Müqabil , Abdullayev Elxan , Əfəndiyev Qədir , Nəsibov Vaqif və Suleymanov Suleyman təşkilat komitəsi tərəfindən diplomlarla təltif olundular. Turnirdə Şəhid Kazımov Yunisin Atası Kazımov Qasım , Şəhid Məmmədov Azərin Atası Məmmədov Mustafa, Şəhid Kərimov Azadın atası Kərimov Zakir , Qazax Olimpiya İdman Kompleksinin direktoru Axundov Kərəm qonaq qismində iştirak edirdilər.

Çıxışlardan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Qol güləşi üzrə turnirə start verildi.
Turnirdə 3 rayonun (Qazax,Ağstafa və Tovuz) 90-dan cox idmançısı iştirak etmişdir.Turnir Qəhramanlar Unudulmur devizi altında keçirilmişdir. Gərgin idman mübarizəsi şəklində keçən görüşlər nəticəsində 10 cəki üzrə qaliblər müəyyən edilmişdir. Komanda hesabına 11 medalla (Medalların əyyarına görə) Qazax komandası 1 yerə,11 medalla Ağstafa komandası 2 yerə, 8 medalla Tovuz komandası 3 yerə cixmışdırlar . Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.

Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər və təşkilat komitəsinə öz minnətdarlığını bildirdilər. Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili , onların sağlam həyat tərzini secmələrinə təkan vermişdir. Turnir çərçivəsində 140 nəfər birbaşa bəhrələnmişdirlər.Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili,onların sağlam həyat tərzini seçmələrinə təkan vermişdir.
Gərgin idman mübarizəsi şəklində keçirilən görüşlər nətiçəsində nəaliyyətlər aşağidakı kimi olmuşdur:
40 kq
I YER Ələkbərov Cavidan Ağstafa
II YER Abdullayev Sinan Qazax
III YER Məhərrəmli Ramil Tovuz
45 KQ
I YER Ələkbərov Ayxan Tovuz
II YER Qəhrəmanov Rəsul Qazax
III YER Əliyev Emin Qazax
50 KQ
I YER Bayramov Ağaməmməd Ağstafa
II YER İbrahimov Vuqar Tovuz
III YER Tağıyev Nazim Ağstafa
55 KQ
I YER Namazov İlkin Tovuz
II YER Mədətov Murad Ağstafa
III YER Kamilov Ülfən Qazax
60 KQ
I YER Yaşılov Nihat Qazax
II YER musayev Oruc Qazax
III YER Qarayev Amil Ağstafa
65 KQ
I YER Nağıyev Əli Ağstafa
II YER Bağırzadə Yaqub Qazax
III YER Nəzirli Fazil Ağstafa
70 KQ
I YER Qasımzadə Xəyal Qazax
II YER Mədətli Ceyhun Qazax
III YER İbrahimov Ayxan Tovuz
75 KQ
I YER Rəhimli İbrahim Ağstafa
II YER Vəliyev Elgün Tovuz
III YER Nağıyev Kərəm Tovuz
80 KQ
I YER Mustafazadə Said Qazax
II YER Musayev Nihat Ağstafa
III YER Əsgərov Rəvan Ağstafa
+80 KQ
I YER Mustafayev İsmayıl Qazax
II YER Hacıyev Ayxan Ağstafa
III YER Musayev Mərdan Tovuz
Turnir sonunda iştırakçılar Azərbaycan Respublikasının Gənclər Fonduna Turnirə dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildirmişdirlər və belə turnirlərin tez tez kecirilməsini arzulamışlar.