Əsir götürülmüş soydaşlarımızın orqanları hansı ölkələrə satılıb- FAKTLAR -ÖZƏL

127

Sosialmedia.az xəbər verir ki, birinci Qarabağ Müharibəsində əsir və itkin düşmüş, eyni zamanda girov götürülmüş 4 minə yaxın soydaşımızın aqibətindən bu günə kimi xəbər yoxdur. Onlar taleyi ilə bağlı araşdırmalar isə bir sıra dəhşətli faktları üzə çıxarıb.

Xüsusilə də, orqan ticarəti məsələsində…

Müxtəlif araşdırmalar erməni silahlıları tərəfindən girov götürülən soydaşlarımızın orqanlarının çıxarılaraq dünyanın bir çox ölkələrində satıldığını deməyə əsas verir.

Tarixçi alim, dosent Zaur Əliyevin sözlərinə görə, Xankəndi-Tehran-Paris xəttilə baş tutan qanunsuz ticarətdə ermənilər milyonlarla dollar qazanıblar:

“Orqan mafiyasının bir qoluna da ASALA daxildir. ASALA illərdir bu işdə yüzlərlə insanı oğurlayaraq orqanlarını satıblar. Hətta Ermənistan müstəqilliyin ilk illərində ASALA-ya dəstək olmaq üçün özəl xəstəxana yaradıb. 1990-cı illərin mətbuatına nəzər yetirsək, görərik ki, Ermənistan dünyada insan orqanlarının alveri sahəsində 1-ci yeri tuturdu. Ermənilər əsir götürülən uşaq və yeniyetmələrin orqanlarını satırdılar. Bunun üçün Laçın şəhərində səyyar tibb məntəqəsi yaratmışdılar. Burada əsir götürülmüş insanların orqanlarının çıxarılması ilə məşğul idilər.

O dövrdə qara bazarda ən gəlirli sahə hesab olunan orqan alverində İran İslam Respublikasının adı da çox hallanır. Qara bazara çıxarılan orqanların satışında adı keçənlər içərisində İranda “Xomeyni xəstəxanası” da var. Bu xəstəxana İranda bəzi xəstəxanalar kimi insan orqanlarının çıxarılması və xarici qara bazarlarda satılması ilə ad çıxarıb”.

“Bu əməliyyatlardan Laura Lalayan və Aleksandr adlı həkim külli miqdarda pul götürürdülər. Şuşa şəhərinin işğalından sonra Laura Lalayan adlı erməni terrorçusu əsir və girovlar üzrə xüsusi bir əmr alır. Bunun üçün ona Şuşanın qərb hissəsindəki Xəlfəli yaşayış məntəqəsində xüsusi amputasiya otağı və xüsusi bir məktəb verirlər. Burada onun işi əsir düşən azşaylı uşaqların orqanlarının çıxarılması və sonradan həmin uşaqların millətçi erməni kimi yetişdirilməsi tapşırılır.

Maraqlıdır ki, Qarabağda əsir düşən uşaqların orqan işinə başçılıq edən Laura Xankəndində orqanların çıxarılması üçün texniki imkanları olmadığından Xomeyni xəstəxanasında uşaqları tam yoxlamadan keçirirdi. Əsirlərin çıxarılan orqanları xüsusi təyyarə ilə Parisdəki “Necker” xəstəxanasına göndərilir və burdan müvafiq müştərilərə satılırdı…”

1994-cü ildə “Human Rights” təşkilatının azərbaycanlılarla bağlı hesabat yayıb. Hesabatda ermənilər tərəfindən həbs edilmiş azərbaycanlı əsirlərin orqanlarının necə çıxarıldığı və işgəncə ilə öldürüldüyü qeyd edilib. İndi bu hesabat da yoxa çıxıb. Yəni, təşkilat öz saytından hesabatı silib. Məsələn, girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılıb və satılıb. Və bu kimi yüzlərlə fakt var…”