Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin doğum günüdür-ÖZƏL

216

Sosialmedia.az xəbər verir ki, bu gün Vətən müharibəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin giziri Tofiq Əmirlinin doğum günüdür.

O, 1992-ci il fevralın 27-də Cəlilabad rayonunda anadan olub. Tofiq Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 2020-ci il oktyabrın 13-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Gizir Tofiq Əmirli Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun!