Azərbaycan Laçın dəhlizinin blokadadan çıxarılması ilə bağlı əlavə tələblər irəli sürülür-Özəl

120

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Laçın dəhlizinin blokadadan çıxarılması ilə bağlı əlavə tələblər irəli sürür. Ruben Vardanyan işdən çıxarıldıqdan sonra azərbaycanlıların gündəmində aşağıdakı şərtlər dudur.

Xankəndi-Gorus magistralında rentgen skanerinin quraşdırılması və qalan hərbi texnikanın Qarabağdan çıxarılması.

Mənbələr, skanerin quraşdırılmasının prioritet tələb olduğunu bildirir. Qarabağda olan separatçılar tərəfi bununla razılaşıb. Lakin skanerin idarə edilməsi uzaqdan həyata keçirilsin, yəni magistral yolda yalnız sülhməramlılar olsun. Başqa sözlə – 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları pozulmayacaq.

Bu barədə Ermənistanın “Hrapark” nəşri məlumat yayıb.