İranı qarşıda böyük təlatüm gözləyir-ÖZƏL

93

Sosialmedia.az xəbər verir ki, İranlı gənc qrafika rəssamı Qəzəl Qolşiri “Le Monde” qəzetinə müsahibəsində deyib: “İran hazırda fırtına öncəsi sakitliyi yaşayır. İnsanlar çox qəzəblidirlər. Tezliklə etiraz hərəkatı yenidən başlayacaq və bu dəfə ölkənin ağır iqtisadi vəziyyəti nəticəsində etirazçılar sırasına digər üsyançılar da qoşulacaq. Qadınlar artıq məcburi hicabsız küçələrə çıxmaqdan qorxmurlar.

Bundan əlavə, iqtisadi vəziyyətin sürətlə pisləşməsi, tüğyan edən inflyasiya və məişət problemləri yaxınlaşan tufandan xəbər verir”.

Sara adlı öyrənci qız İranda son aylarda baş verən repressiyalara toxunaraq deyib: “Üzdə biz məğlub olmuş kimi görünürük, amma əslində qarşıdakı döyüş üçün yeni nəfəs alırıq”.