Qazax rayonunda “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihə davam edir

82

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 01.03.2023-cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində Qazax rayonundan olan üc sentyabr Şəhidlərimizin – Baş leytenant Kazımov Yunis Qasım oğlu, Baş gizir Məmmədov Azər Mustafa oğlu və gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə start vermişdir.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların və Türkiyədə zərzələ nəticəsində həlak olmuş vətandaşların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.

Layihənin rəhbəri,əməkdar məşqci Azər Əliyev tədbir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır. Turnirdə iştirak edən Fondun baş mütəxəssisi Zaur Osmanov cıxış edərək turnir iştirakçılarına uğurlar arzu etmişdir.

“Qəhramanlar Unudulmur” devizi altında kecirilən mini futbol turnirinin final mərhələsində 4 komanda qaliblər uğrunda mübarizə aparmışdırlar:

1.Qazaxbəyli

2.Şəhər №1

3.Məktəb-licey

4.Kosalar

Turnirin final mərhələsinin ilk günündə Məktəb-licey və Kosalar komandaları güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşün nəticəsi aşağıda kı kimi olmuşdur:

1) Məktəb-licey – Kosala 6-3

Məktəb-licey komandası qalib gələrək finala vəsiqə qazanmışdır.

02.03.2023-cü il tarixdə saat 10:00-da final mərhələsinin ikinci oyunu keçiriləcəkdir.

#AzGF #GənclərFondu #gəncliyintəşəbbüsü #GTMİB