Sumqayıtda ahıl kişi gəlini və nəvəsini yaralayıb-Özəl

182

Sosialmedia.az xəbər verir ki, Sumqayıtda ahıl kişi gəlini və nəvəsini ölümcül şəkildə yaralayıb.

Hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb. 70 yaşlı Şahbala Mirzəməmmədov 40 yaşlı Sevinc Məhərrəmovaya və 9 yaşlı nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahbala Mirzəməmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.