İran iki Almaniya diplomatını ölkədən qovdu-ÖZƏL

77

Sosialmedia.az xəbər verir ki, İran hökuməti Almaniyanın Tehrandakı səfirliyinin iki işçisini ölkədən çıxarıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

O, Almaniyanın Tehrandakı səfirinin də XİN- ə çağırıldığını deyib.

Kənani Berlinin İranın daxili işlərinə və məhkəmə sisteminin qərarlarına müdaxilə etdiyini iddia edib.

Qeyd edək ki, fevralın 21-də İran məhkəməsi Almaniya vətəndaşı olan Cəmşid Şarməhd barədə edam qərarı çıxarıb.

Bu isə Almaniya hökumətinin sərt etirazı ilə qarşılaşıb və Tehran hökumətinin Almaniyadakı səfirliyinin iki işçisi arzuolunmaz şəxs elan edilərək Berlindən qovulub.