“Təhlükəsizlik məsələlərində İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür”-ÖZƏL

68

Sosialmedia.az xəbər verir ki, Ehsan Movəhhediyan adlı qatı Azərbaycan düşməni özünün Tvitter hesabında yazır:

“İran və başqalarının nöqteyi-nəzərindən Zəngəzur dəhlizinin açılmasının mənfi nəticələri haqqında Ermənistanın “CivilNet” telekanalına müsahibəm: Təhlükəsizlik məsələlərində İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür”.

Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı Respublikası” adlandıran bədnam siyasi şərhçi həyasızcasına hədə yağdırıb: “Bakı Respublikası” İranın qırmızı xətlərini çoxdan keçib, İranın mövqeyi sərtləşib və İslam Respublikasının səbri sonsuz deyil!”.